"Olimpik Marsel"in yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Fransa təmsilçisi ispan mütəxəssis Marselino Toralla razılığa gəlib və yaxın günlərdə tərəflər müddəti 2025-ci ilə qədər olan müqavilə imzalayacaqlar.
Torallın son iş yeri 2022-ci ilin yayında ayrıldığı Bilbao "Atletik"i olub. Sözügedən mütəxəssis ilk dəfə İspaniyadan kənarda işləyəcək.
Qeyd edək ki, "Marsel" son mövsümdə xorvat mütəxəssis İqor Tudorun rəhbərliyi altında Liqa 1-in bürünc medallarını qazanıb. Tudor mövsüm başa çatandan sonra öz istəyi ilə postunu tərk edib.
Nihat