"Real Madrid" rəhbərliyi yarımmüdafiəçi Daniel Sebalyosla bağlı yekun qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə "Kral klubu"nun Sebalyosla müqavilə yeniləyəcəyini açıqlayıb. Onun müddəti 2027-ci ilə qədər olan anlaşmaya imza atacağı bildirilib.
"Real Betis"in yetirməsi olan Daniel 2017-ci ildən "Real"dadır. Orta xətt oyunçusu 2019-2021-ci illərdə icarə əsasında London "Arsenal"ının formasını geyinib.
Qeyd edək ki, son mövsümdə 30 La Liqa matçına çıxan Sebalyos 4 məhsuldar ötürmə müəllifi olub.
Nihat