Moskva MOİK-inin hücumçusu Fyodor Çalov kareyrasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fanatik" yayıb.
Xəbərə görə, son çempion "Qalatasaray" 25 yaşlı Çalovun agenti ilə əlaqə saxlayıb və futbolçunun özünün Türkiyədə oynamaq variantına isti münasibət göstərdiyini dəqiqləşdirib. Mənbə "aslanlar"ın Moskva klubu ilə danışıqlara başlayacağını və keçidin reallaşmaq ehtimalının yüksək olduğunu vurğulayıb.
Fyodor MOİK-in öz yetirməsidir. O, paytaxt təmsilçisinin əsas komandasında 2016-cı ildən oynayır. Ötən ilin qışında "Bazel"ə əcarəyə verilən forvard yarım mövsüm İsveçrədə top qovub.
Geridə qalan mövsümdə Rusiya Premyer Liqasında 30 matça çıxan Çalov 19 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat