"Kəpəz" Nicat Süleymanovla bağlı qərarını verib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif edilməyib.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq futbolçusunun növbəti mövsümə harada başlayacağı indilik bilinmir.
Qeyd edək ki, ötən mövsüm Azərbaycan Premyer Liqasında 27 oyuna çıxan Nicat 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, ölkə kubokunda da 3 görüşə çıxıb.
Nihat