"Turan Tovuz" növbəti transferini reallaşdırır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, transfer bazarında fəallığı ilə diqqət çəkən qərb təmsilçisi Sərtan Taşkınla anlaşıb.
"Zirə"dən ayrılan müdafiəçinin "Turan Tovuz"a keçidi rəsmiləşmək üzrədir.
Onu da öyrəndik ki, 25 yaşlı futbolçu əvvəlcə "Səbail"lə razılığa gəlib. Ancaq son anda fikrini dəyişən Taşkın Ayxan Abbasovun rəhbərliyi altında top qovmağa qərar verib.
Qeyd edək ki, "Turan Tovuz" bundan əvvəl qapıçı Aydın Bayramov və yarımmüdafiəçi Fərid Nəbiyevlə müqavilə imzalayıb.
Mirağa