Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik komandanın zəif nəticələri fonunda gələcəyindən danışıb.
Fanat.Az xəbər verir ki, "Bayern and Germany" 58 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
“Mənim futbol ideyam bu komandaya uyğundur. Açığı, əvvəl oxşar vəziyyətlə rastlaşmamışam. Amma Almaniyanın ən yaxşı oyunçuları ilə işləyə bilərəm, işimi sevirəm. Sentyabrda biz hər şeyi daha yaxşı etməyə çalışacağıq".
Qeyd edək ki, Almaniya millisi son dörd oyunda qələbə qazana bilməyib. Düzdür, hamısı yoldaşlıq görüşündə olub. Flikin rəhbərlik etdiyi "alman maşını" Kolumbiya, Polşa, Ukrayna və Belçika yığmalarına qalib gələ bilməyib. Almanlar belçikalılara (2:3), polyaklara (0:1) və kolumbiyalılara (0:2) uduzub, Ukrayna ilə bərabərə (3:3) qalıblar.
Mirağa