"Yuventus" müdafiəçisi Aleks Sandro ilə vidalaşmaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, Turin təmsilçisi braziliyalı futbolçunu ya satmaq, ya da müqaviləsinə qarşılıqlı razılıq əsasında vaxtında xitam vermək niyyətindədir. Mənbə Sandro ilə iki Səudiyyə Ərəbistanı klubunun maraqlandığını, lakin indiyədək ona rəsmi təklif edilmədiyini vurğulayıb.
Sözügedən futbolçunun "Yuventus"la müqaviləsinin müddəti gələn ilin yayına qədərdir. O, hazırda hər mövsüm üçün 6 milyon avro əməkhaqqı alır. Bundan başqa, Aleksin sözləşməsində 1 milyon avro bonus da nəzərdə tutulub.
2022/2023 mövsümündə "qoca sinyora"nın forması ilə bütün turnirlərdə 37 matça çıxan müdafiəçi 3 məhsuldar ötürmə müəllifi olub.
Nihat