PSJ-nin hücumçusu hamilə sevgilisi Bruna Byankardiyə xəyanət etdiyi üçün ondan üzr istəyib.
Fanat.Az xəbər verir ki, ulduz futbolçu sosial şəbəkə hesablarında bu barədə paylaşım edib:
"Bunu bizim ailələrimiz üçün edirəm. Bilirəm ki, bu hərəkətin bəraəti yoxdur. Sən mənə bizim həyatımızda lazımsan. Sənin necə əzab çəkdiyini, yanımda olmaq istədiyini gördüm. Mən yox idim. Səhvə yol verdim, düzgün hərəkət etmədim. Onu deyə bilərəm ki, hər gün həm meydanda, həm də meydandan kənarda səhvlərə yol verirəm. Bütün xətalarıma görə məsuliyyət mənim üzərimdədir. Səhvimlə arzuladığım qadını, uşağımın anasını incitmişəm. Artıq səhvimə görə üzr istəmişəm. Amma şəxsi həyatımız ictimai müzakirə mövzusuna çevrilibsə, üzrxahlıq da ictimai olmalıdır. Özümü sənsiz təsəvvür edə bilmirəm. Bilmirəm bizdə alınacaq, ya yox, amma cəhd etmək istəyirəm".
Nihat