Argentina millisinin yarımmüdafiəçisi Anxel Di Mariyanın "Benfika"ya keçidi rəsmiləşmək üzrədir.
Fanat.Az xəbər verir ki, bu barədə "Record" məlumat yayıb.
Xəbərə görə, tərəflər sözləşmənin şərtlərində razılaşıblar. Yaxın günlərdə müqaviləyə imza atılacaq. Keçidin baş tutmasında "Benfika"nın müdafiəçisi Nikolas Otamendi əsas rol sahibi olub.
Qeyd edək ki, Di Mariyanın keçidi "Benfika"ya pulsuz başa gələcək. Belə ki, "Yuventus"la müqaviləsi başa çatan vinger azad agent statusu daşıyır.
Xatırladaq ki, Di Mariya 2007-2010-cu illərdə Lissabon klubunda çıxış edib. Bundan başqa PSJ, “Real Madrid”,“Rosario Sentral” və “Mançester Yunayted” kimi klublarda da çıxış edib. O, Argentina millisi ilə DÇ-2022-nin qalibi olub.
Futbolçu 2022-ci ilin yayında “Yuventus”a keçmişdi. O, Turin təmsilçisində bütövlükdə 40 oyuna çıxıb, 8 qol və 7 asistlə yadda qalıb.
Röya