PSJ ilə yaxın günlərdə münasibətləri rəsmiləşdirəcəyi gözlənilən Luis Enrike Paris təmsilçisinin braziliyalı ulduzu Neymarla görüşüb.
Fanat.Az xəbər verir ki, informasiyanı "PSG Community" yayıb.
Məlumata görə, ispan mütəxəssis Neymardan həm meydanda, həm də meydandan kənarda özünü normal aparmasını tələb edib. Mənbə Enrikenin "sambaçı"ya onu heyətdə saxlamaq istədiyini, lakin getmək istəyəcəyi halda, bu variantın əleyhinə olmayacağını dediyini də açıqlayıb.
Qeyd edək ki, bir müddət öncə Neymar xəyanət etsiyi sevgilisindən sosial şəbəkədə paylaşım edərək üzr istəyib.
Nihat