Seneqal millisinin və "Bayern Münhen"in hücumçusu Sadio Mane "Qızıl top"a əsas namizədini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Sportskeeda" onun dediklərini belə çatdırıb:
"Braziliyalı Vinisius Junioru "Qızıl top"a əsas namizədlərdən biri hesab edirəm. O, hazırda dünyanın ən yaxşı üç oyunçusundan biridir. Düşünürəm ki, Vinisius indi də olmasa, yaxında “Qızıl top”u qazanacaq”.
Vinisius Junior 2022/23 mövsümü üçün "Real Madrid"də ilin oyunçusu seçilib. 22 yaşlı braziliyalı bu mövsüm "kral klubu"nun heyətində bütün turnirlərdə 55 oyuna çıxıb, 23 qol vurub və 21 məhsuldar ötürmə edib.
Mirağa