"Mançester Yunayted"in arzusu reallaşa bilər.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" "Çelsi"nin yarımmüdafiəçisi Meyson Maunt transferini həyata keçirəcək.
Məlumatı insayder Fabritsio Romano yayıb. Onun sözlərinə görə, artıq tərəflər arasında anlaşma əldə olunub. Geriyə qalan "Çelsi"ni bu keçidə razı salmaqdır. London klubu 24 yaşlı yarımmüdafiəçi üçün 70-75 milyon avro istəyir.
Digər mənbələr "Mançester Yunayted"in Maunt üçün sadəcə 50 milyon avro ödəmək fikrində olduğunu yazır.
Qeyd edək ki, İngiltərə millisinin üzvü 2017-ci ildən "Çelsi"nin üzvüdür. 128 oyunda meydana çıxan Meyson 27 qola imza atıb.
Röya