"Tottenhem"in və İngiltərə millisinin hücumçusu Harri Keyn "Mançester Yunayted"ə keçməyə yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı "Daily Mail" yayıb.
Mənbə MY-nin Hotspur təmsilçisinin tələb etdiyi 117 milıyon avronu ödəmək istəmədiyini, Keyni maksimum 92 milyon avroya almağı planlaşdırdığını vurğulayıb. Məlumatda "qırmızı şeytanlar"ın "Tottenhem"in prezidenti Daniel Levinin məbləğ məsələsində güzəşt etməsini gözlədiyi bildirilib. Mançester klubunun Keynin özünə də bu barədə rəhbərliklə danışmağı tapşırdığı diqqətə çatdırılıb.
Qeyd edək ki,Harri geridə qalan mövsümdə MY forması ilə İngiltərə Premyer Liqasında 38 matça çıxıb. Bu oyunlarda 30 qol vuran 29 yaşlı forvard 3 məhsuldar ötürmə müəllifi olub. Onun "Tottenhem"lə müqaviləsinin müddəti gələn ilin yayına qədərdir.
Nihat