Berlində (Almaniya) Ümumdünya Xüsusi Olimpiya Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan nümayəndəsi Mehriban Tağıyeva bədii gimnastika yarışlarında uğurla çıxış edib. O, öz bölməsində topla hərəkətdə qızıl, gürzlər və çoxnövçülükdə isə bürünc medal qazanıb.
Həmçinin pauerliftinq yarışlarında Azərbaycan idmançısı Qədim Abbasov (74 kq) uğurla çıxış edərək bürünc medal qazanıb.