Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, yığıncaqda yeni mövsümlə bağlı müzakirə aparılıb və tətbiq olunacaq yeni qərarlar açıqlanıb.
Bu barədə TFF-nin rəsmi saytı məlumat yayıb.
Yeni qərara əsasən, Türkiyə Super Liqasında 2023-2024-cü illər mövsümündə legioner limiti ilə bağlı dəyişiklik edilib.
Bəyanatda bildirilir ki, klublar əsas heyətdə yer alan 8 yerli futbolçu ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan vətəndaşı olan 1 futbolçu ilə müqavilə bağlayıb qeydiyyatdan keçirə bilərlər.
Qeyd edək ki, Super Liqada yeni mövsüm avqustun 11-də başlayacaq.
Röya