"Real Madrid" futbolçusu Naço Fernandes ilə müqaviləni yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı kral klubunun mətbuat xidməti yayıb.
Xəbərə görə, 33 yaşlı müdafiəçi ilə sözləşmə 2024-cü ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, İspaniya millisinin üzvü 2011-ci ildən "Real Madrdi"in şərəfini qoruyur. 213 matçda meydana çıxan Naço 12 qola imza atıb.
Xatırladaq ki, bir müddət öncə futbolçunun madridlilərin yeni müqavilə təklifini geri çevirdiyi bildirilirdi. Belə ki, Fernandes komandada əsas heyətə düşə bilməməsindən narazı idi.
Röya