"İnter" hücumçusu Edin Ceko "Fənərbağça"ya keçir.
Fanat.Az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, 37 yaşlı bosniyalı futbolçu tibbi yoxlanışdan keçmək və müqavilə imzalamaq üçün İstanbula yollanıb.
Qeyd edək ki, Milan klubu ilə müqaviləsinin müddəti başa çatan Ceko "Fənərbağça"ya azad agent kimi keçəcək.
Xatırladaq ki, forvard 2021-ci ildən "İnter"dən çıxış edib. 69 oyunda meydana çıxan Edin 22 qola imza atıb.
Çempionlar Liqasının finalçısı Ceko arxada qalan mövsüm özünü yaxşı tərəfdən göstərib. O, Milan klubunun heyətində 14 qola imza atıb və bu qollardan bir çoxu ÇL-in finalına gedən yolda "İnter"ə kömək edib.
Röya