Müqavilə ilə "Çelsi"yə məxsus olan, son mövsümü icarə əsasında "İnter"də keçirən Romelu Lukaku növbəti mövsümə "qara-göylər"in əzəli rəqibinin - "Milan"ın futbolçusu kimi başlaya bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.
Məlumata görə, yarımmüdafiəçisi Sandro Tonalini 70-80 milyon avroya "Nyukasl"a satmağa hazırlaşan "qırmızı-qaralar" "zadəganlar"a uzağı 40 milyon avro ödəyərək Lukakunun tranfer hüquqlarına yiyələnməyi planlaşdırır. Bu məbləğin "Çelsi"ni qane etdiyi və Tonali "sağsağanlar"a satılacağı təqdirdə, "Milan" bosslarının işi bitirəcəyi vurğulanıb. Mənbə "İnter" rəhbərliyinin "Çelsi"yə bu qədər ödəmək niyyətində olmadığını, Romelunu daha 1 mövsümlük icarəyə götürmək variantı barədə düşündüyünü də diqqətə çatdırıb.
Lukaku son mövsümdə "İnter" forması ilə A Seriyasında 25 matça çıxaraq 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
2019/2020 və 2020/2021 mövsümlərində də qara-göy formanı geyinən forvard ötən ay Simeone İnzaginin komandası ilə Çempionlar Liqasının final matçına çıxıb. İtaliya təmsilçisi həlledici qarşılaşmada "Mançester Siti"yə 0:1 hesabı ilə uduzub.
Nihat