"FİFA referisi Anar Salmanov bundan sonra Premyer liqa oyunlarını idarə etməyəcək".
Bu sözləri İdman Azərbaycan kanalında canlı yayımlanan futbol proqramına qatılan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. Ramin Musayev hakim Anar Salmanovla bağlı bir çox qaranlıq məsələlərə aydınlıq gətirərək bu fikirləri deyib:
"Anar Salmanov "Neftçi" - "Qarabağ" oyununda FİFA referisinə yaraşmayan kobud səhvə yol verib. Mən Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla görüşdüm. İnanmıram ki, o, Anarı bağışlasın. Ona görə də qərara aldıq ki, Salmanov bundan sonra birinci dəstə oyunlarını idarə etsin. Əgər o, FİFA-nın birinci dərəcə hakimliyini qazanarsa, onda biz Anarın işinə yenidən baxacağıq". // Sportal.az