İspaniya La Liqasında yeni mövsümün püşkü atılıb.
Fanat.Az xəbər verir ki, 2023-2024-ci illər mövsümü 13 avqust tarixində start götürəcək.
Məlumatı liqanın mətbuat xidməti yayıb.
Mövsümün açılış oyununda "Almeriya" öz meydanında "Rayo Valyekano"nu qəbul edəcək.
İlk turun oyun cədvəlini təqdim edirik:
Almeriya - Rayo Valyekano
Atletik Bilbao - Real Madrid
Atletiko Madrid - Qranada
Selta - Osasuna
Sevilya - Valensiya
Las-Palmas - Malyorka
Xetafe - Barselona
Vilyarreal - Betis
Real Sosyedad - Jirona
Kadis - Alaves