Növbəti mövsümə heyətdə radikal dəyişikliklərlə hazırlaşan "Səbail" klubu daha bir transfer gerçəkləşdirib.
Fanat.Az xəbər verir ki, "dənizçilər" "Şamaxı"nın yarımmüdafiəçisi Bahadur Həziyevi sıralarına qatıb.
Klub 24 yaşlı futbolçunun keçidini rəsmi saytı vasitəsilə elan edib.
Həziyevlə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Bahadur Həziyev 2020/2021 mövsümündə də "Səbail"in əsas və əvəzedici komandasında çıxış edib.
Qeyd edək ki, "Səbail" bu gün "Şamaxı"nın digər oyunçusu Amil Yunanovla da anlaşıb. Onun keçidi hələ rəsmən açıqlanmayıb.