"Səbail"dən ayrılan Mirabdulla Abbasov növbəti mövsümə harada başlaya biləcəyi bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, onun xidmətində "Kəpəz" maraqlıdır.
Hazırda azad agent statusu daşıyan Mirabdulla Gəncə təmsilçisində oynamağa isti münasibət göstərməsə də, bu, onun üçün ən son variantlardan biridir. Belə ki, "Kəpəz" sözügedən forvarda ötən il "Səbail"də aldığından 3 dəfə az əməkhaqqı təklif etməyi planlaşdırır və klubun paytaxtı təmsil etməməsi Abbasov üçün əlavə problemlər anlamındadır.
Qeyd edək ki, ötən mövsüm "Səbail" forması ilə ümumilikdə 21 matça çıxan Mirabdulla 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat