"Qalatasaray" bu ilin yanvar ayında "Roma"dan transfer etdiyi Nikolo Dzanyolonu göndərir.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi Çempionlar Liqasının seçmə mərhələsinin oyunlarından sonra hücumçunu satacaq.
23 yaşlı futbolçunun İtaliya A Seriyasına qayıdacağı bildirilir. Bu barədə "Calciomercato" məlumat yayıb.
Xəbərə görə, "Yuventus" onu heyətinə cəlb etmək fikrindədir. Ötən gün tərəflər arasında danışıqlar aparıldığı bildirilir.
Qeyd edək ki, İtaliya millisinin üzvü "Qalatasaray"ın heyətində bütün turnirlərdə 11 matçda iştirak edib, 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Röya