Milan "İnter"i gürcü futbolçu transfer edə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.
Xəbərə görə, "Mançester Yunayted" və "Çelsi"nin istədiyi qapıçısını - Andre Onananı 60 milyon avroya satmağa hazır olan "qara-göylər" iki qolkiperi diqqətdə saxlayır. Bunlar "Bayern Münhen"dən Yan Zommer və "Valensiya"dan Georgi Mamardaşvilidir. Mənbə "yarasalar"ın gürcü "çərçivə" qoruyucusu üçün təxminən 25 milyon avro istəyəcəyini və bu məbləğin Çempionlar Liqasının son finalçısının planları ilə üst-üstə düşdüyünü vurğulayıb. Zommerə gəlincə, "İnter"in onu həm ala, həm də icarəyə götürə biləcəyi diqqətə çatdırlıb.
Qeyd edək ki, 22 yaşlı Mamardaşvili son mövsümdə "Valensiya" forması ilə ümumilikdə 42 matça çıxıb.
Nihat