London "Arsenal"ı 2003/04 mövsümünün 20-ci ildönümünə həsr olunmuş yeni dizaynlı formanın satışını dayandırıb.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, buna səbəb elə dizayn səhvidir.
Qeyd edək ki, "Arsenal" həmin mövsüm Premyer Liqada keçirdiyi 38 matçın heç birində məğlub olmayıb. "Adidas" 2023/2024 formasının daxili hissəsindəki tikişlərdə komandanın hər matçdakı nəticələrinin ardıcıllığını çap edib. Belə ki, qələbə W və heç-heçə D ilə qeyd olunub. Bununla belə, bu ardıcıllıqda 38 matçdan yalnız 32-si nəzərə alınıb.
“Arsenal” artıq rəsmi internet səhifəsində formaları satışdan çıxarıb. İstehsalçı isə öz növbəsində xətanı düzəldəcəyini və bu dizayn səhvi olan formanı artıq almış azarkeşlərə pulu qaytaracağını vəd edib.
Mirağa