Polşada təşkil olunan III Avropa Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan idmançıları 5 növdə mübarizə aparacaqlar.
Karate və taekvondoda 4, boksda 2, kamandan oxatmada 1 idmançımız çıxış edəcək. Atıcılıqda yığma komanda yarışında qüvvəsini sınayacaq.
Kamandan oxatma
10:45. Qadınlar: Yaylagül Ramazanova (fərdi)
Karate
11:00. Qadınlar: İrina Zaretska (68 kq), Fəridə Əliyeva (+68 kq)
Kişilər: Fərid Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq)
Taekvondo
11:00. Qadınlar: Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq)
Kişilər: Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq)
Atıcılıq
11:45. Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət qarışıq cütlük (10 m məsafəyə pnevmatik tapançadan atəş açma)
Boks
15:00. Kişilər: Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5 kq)
Qeyd edək ki, ötən gün karateçi Tural Ağalarzadə (67 kq) qızıl medal qazanıb. Azərbaycan yığması 1 medalla komanda sıralamasında 10-cu pillədə qərarlaşıb.