"Barselona"nın hücumçusu Robert Levandovski Səudiyyə Ərəbistanından illik 100 milyon avro maaş fonunda 3 illik müqavilə təklifi alıb.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.
Mənbə polşalı forvardın ərəblərin 300 milyon avroluq təklifini geri çevirdiyini və onlara karyerasını "Barselona"da davam etdirmək istədiyini çatdırdığını bildirib.
2022/2023 mövsümündə La Liqada 34 matça çıxan Levandovski 23 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, Kataloniya klubu ilə İspaniya çempionu adını qazanıb. "9 nömrə" bunadək Dortmund "Borussiya"sında 4, "Bayern Münhen"də 8 mövsüm keçirib.
Nihat