"Səbail"də yeni məşqçi təyinatı reallaşıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bayıl təmsilçisində "Kəpəz"ə baş məşqçi gedən Azər Məmmədovu türkiyəli mütəxəssis əvəzləyib.
Şahin Diniyev vaxtilə "Qarabağ"ın akademiyasında koordinator postunu tutan Sebahattin Tekini özünə köməkçi götürüb.
Qeyd edək ki, Tekin 2011-2013-cü illərdə Ağdam klubunun Futbol Akademiyasında çalışıb. O, Türkiyədə "Ərciyəsspor", "Tokatspor", "Mersin İdmanyurdu", "Adıyaman" klublarında çalışıb, vaxtilə Bülent Korkmazın köməkçisi olması ilə tanınır.
Mirağa