İtaliyalı mütəxəssis Filippo İnzagi "İnter"ə başçılıq edən qardaşı Simone İnzagini tərifləyib.
Fanat.Az xəbər verir ki, "fcinter1908.it"-ə danışan Felipe kiçik qardaşının hətta Xosep Qvardiola ilə bərabər səviyyədə məşqçi olduğunu deyib:
"Simeone Çempionlar Liqasının finalında Qvardioladan pis məşqçi olmadığını göstərdi. O, haqlı olaraq dünyanın ən yaxşı məşqçilərindən biri hesab olunur. Qardaşım olduğu üçün demirəm, amma o, gözəl futbolu təbliğ edir. Mənim üçün Simone bir meyardır”.
Qeyd edək ki, Simone İnzaginin başçılıq etdiyi "İnter" Çempionlar Liqasının finalına yüksəlib və burada Qvardiolanın "Mançester Siti"sinə minimal hesabla (0:1) məğlub olub.
Mirağa