"Neftçi"dən ayrılan Sezar Meza Kollinin yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi karyerasını Səudiyyə Ərəbistanının səviyyəcə 2-ci liqasında mübarizə aparan "Ohod" klubunda davam etdirəcək.
Mədinə təmsilçisinin yeni baş məşqçi postu isə "Qarabağ"ın sabiq futbolçusu Zəkəriyyə Ramadaniyə tapşırılıb. Ramadaninin köməkçilərindən biri də Ağdam təmsilçisinin formasını geyinmiş Sedat Saini olacaq.
Meza Kolli geridə qalan mövsümdə "Neftçi" forması ilə ümumilikdə 20 matça çıxaraq 2 qol vurub.
Nihat