İtaliya millisinin qapıçısı Canluici Donnarumma PSJ-dən ayrılmaq istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sports Zone" yayıb.
Xəbərə görə, Paris təmsilçisinin idman direktoru Luiş Kampuş Donnarummanın getməsinin əleyhinə deyil. Sözügedən "çərçivə" qoruyucusunun gələcəyi ilə bağlı son qərarı isə paytaxt klubunun prezidenti Nasser Əl-Xelaifinin ilə baş məşqçi postunu tutacağı gözlənilən Luis Enrikenin birgə verəcəkləri bildirilib. Mənbə artıq Donnarummanı kimin əvəzləyə biləcəyini də açıqlayıb. Bu, "Portu"nun qolkiperi Dioqu Koştadır.
24 yaşlı Donnarumma 2021-ci ildən PSJ-nin uğurları üçün çalışır. Son mövsümdə parislilərin forması ilə bütün turnirlərdə 48 matça çıxan Canluici 52 qol buraxıb və 14 dəfə qapısını toxunulmaz saxlayıb.
23 yaşlı Koşta "Portu"nun öz yetirməsidir.
Nihat