Bu yay "Borussiya Dortmund"dan ayrılan Rafael Qerreyru karyerasını digər Almaniya nəhəngində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, "Bayern Münhen" müdafiəçinin transferini reallaşdırıb.
Münhen klubu Qerreyronun transferini rəsmi saytı vasitəsi ilə açıqlayıb. Tərəflər 2026-cı ilin iyununa qədər müqavilə imzalayıb.
Futbolçu Münhenə havayı başa gəlib. Belə ki, o, bu ay "Borussiya"dan azad agent kimi ayrılıb.
Qerreyru "Borussiya Dortmund"da 7 mövsüm keçirib. Sol cinah müdafiəçisi bu dövrdə 224 oyun keçirib, 40 qol vurub və 50 məhsuldar ötürmə edib. 29 yaşlı müdafiəçi son mövsümdə bütün turnirlərdə 36 oyuna çıxıb, 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. O, mövsümün sonunda Bundesliqada ən yaxşı assistent olub.
Mirağa