"Mançester Yunayted" "Çelsi"yə Meyson Mauntun transferi üçün 3-cü təklifini hazırlayır.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Times" yayıb.
Xəbərə görə, MY-nin ünvanladığı ikinci təklif - 60 milyon avro və müxtəlif bonuslar "zadəganlar"ı qane etmədiyi üçün geri çevrilib. Mənbə "Çelsi"nin 75,5 milyon avro tələb etdiyini və "qırmızı şeytanlar"ın 3-cü dəfə londonluların qapısını daha yüksək məbləğlə döyəcəyini vurğulayıb. Üçüncü cəhd də uğursuz alınacağı təqdirdə, Mançester klubunun Meysondan vaz keçəcəyi diqqətə çatdırılıb.
Mauntun "Çelsi" ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdir.
Nihat