"Real Madrid" rəsmi saytı vasitəsi ilə yarımmüdafiəçisi Daniel Sebalyosla bağlı məlumat yayıb.
Fanat.Az xəbər verir ki, "Kral klubu" ispan futbolçu ilə müqavilə yenilədiyini açıqlayıb.
Sebalyos müddəti 2027-ci ilə qədər nəzərdə tutulan anlaşmaya imza atıb.
26 yaşlı Daniel geridə qalan mövsümdə "Real" forması ilə bütün turnirlərdə 46 matça çıxaraq 1 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, 2019-2021-ci illərdə icarə əsasında London "Arsenal"ında çıxış edən Sebalyos 2017-ci ildən Madrid təmsilçisindədir. Həmin vaxt "Real" sözügedən oyunçunu 16,5 milyon avroya "Betis"dən alıb.
Nihat