PSJ-nin hücumçusu Neymar "Real Madrid"in hazırkı baş məşqçisi Karlo Ançelottinin Braziliya yığmasının baş məşqçisi olmasını istəyir.
Fanat.Az xəbər verir ki, braziliyalı ulduz oyunçu bu barədə "Lequipe" nəşrinə açıqlamasında belə deyib:
“Ançelotti uzun müddətdir ki, Braziliya Futbol Federasiyasının diqqət mərkəzindədir. Prezident də komandanın bütün oyunçuları kimi, ona arxalanır. Biz bir-birimizi çoxdan tanıyırıq və onun nə qədər böyük məşqçi olduğunu bilirik. Amma hələ heç nə təsdiqlənməyib. Ümid edirik ki, Karlo "Real Madrid"lə müqaviləsi başa çatdıqdan sonra millimizə rəhbərlik edəcək.
Xatırladaq ki, Ançelotti ilə "kral klubu" arasında hazırki müqavilənin müddəti gələn ilin yayında başa çatacaq.
Mirağa