Türkiyənin "Trabzonspor" klubu heyətinə qazax futbolçu qata bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fotospor" yayıb.
Xəbərə görə, Trabzon təmsilçisi "Zenit"in müdafiəçisi Nuralı Əlipi sıralarına cəlb etməkdə maraqlıdır. Mənbə Qara dənizlilərin yaxın günlərdə bu yöndə danışıalqara başlayacağını vurğulayıb. Türkiyə Futbol federasiyasının yeni qərarına əsasən, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan olan futbolçular Türkiyə klubunda legioner sayılmadığı üçün "Trabzonspor"un Əlip variantına üstünlük verdiyi bildirilib.
23 yaşlı Əlip "Zenit"ə bu ilin yanvarında "Kayrat"dan keçib. Qazaxıstan millisinin üzvü Sankt-Peterburq klubunda bütün turnirlərdə 13 matça çıxıb.
Nihat