"Neftçi", "Fənərbağça", "Zenit" və "Srvena Zvezda"nın iştirakı ilə keçiriləcək PARI Premyer Kubokunda "ağ-qaralar"ın Rusiya klubu ilə matçını idarə edəcək hakimlərin adları bəllidir.
Fanat.Az "Zenit"in rəsmi saytına istinadən xəbər verir ki, görüşün baş hakimi Artyom Çistyakov olacaq.
Ona Aleksey Şirayev və Vladislav Nazarov kömək edəcəklər.
Qeyd edək ki, turnir 1-15 iyul aralığında, Sankt-Peterburqda baş tutacaq.
Nihat