16:20 23.06.2023 495

EJU Azərbaycan cüdoçularından yazdı

Portuqaliyanın Odivelas şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatında Azərbaycan komandasının çıxışı Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytında böyük diqqət çəkib.

Fanat.Az xəbər verir ki, müəllif turnir zamanı idmançılarımızın fiziki güc, yüksək taktiki və texniki hazırlıq və sarsılmaz əzmkarlıq nümayiş etdirdiyini qeyd edib.

İdmançı Məhəmməd Məmişov (-50 kq.) rəqibi ilə 4 dəqiqə ərzində gərgin mübarizə apararaq, möhtəşəm qoşa qolla “sode tsurikomi qoşi” atışı ilə komandaya ilk qızıl medal qazandırdı.

Müəllifin sözlərinə görə, serbiyalı idmançı Marko Yorqiçin finala qədər göstərdiyi güclü çıxışlarına baxmayaraq, o azərbaycanlı idmançı Mirxaliq İskəndərovla (-55 kq.) rəqabət apara bilmədi və Mirxaliq görüşün sonunda möhtəşəm “kata-quruma” texnikası ilə komandanın aktivinə ikinci qızıl medal yazdırdı. 

-48 kq. çəki dərəcəsində mübarizə aparan idmançımız Vüsalə Hacıyevanın çıxışı məqalədə belə təsvir edilib: “"Hacıyeva Odivelasda ən yaxşı idmançı kimi çıxış edərək finalda üstünlüyünü sübut etdi. Şübhəsiz ki, Azərbaycan idmançısı israilli rəqibi ilə müqayisədə fiziki olaraq daha üstündür. Finalda Hacıyeva qüsursuz “seoi nage” atışını yerinə yetirdi və möhkəm “osaekomi” tutuşu ilə üstünlüyünü məharətlə qorumağı bacardı”.

-60 kq. çəki dərəcəsində idmançımız Məhəmməd Musayev və macarıstanlı idmançı Kollar Sebestyen arasında həyəcanlı mübarizə baş verdi: 
“Mübarizənin bitməsinə  5 saniyə qalmış Musayev əzmkarlıq nümayiş etdirərək “ippon” ilə rəqibinə qalib gəldi və Azərbaycan komandası 4-cü qızıl medal qazandı.”.

Məşqçilər korpusu və nümayəndə heyəti bu qələbəni böyük sevinclə, çiyin-çiyinə dayanaraq dövlət himnini qürurla oxuyaraq qeyd etdilər.

Yeniyetmə oğlanlardan ibarət milli yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Nicat Şıxəlizadə və Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov komandanın əldə etdiyi nailiyyətlərdən razı qaldıqlarını bildiriblər. Bir ildir bu vəzifədə çalışan Rüstəm Alimli EJU-nun saytına müsahibəsində komandanın irəliləyişindən qürurlu olduğunu bildirib:

"Bu səhər məndən proqnozlarımı istəsəydiniz, iki qızıl medalı təqdirəlayiq nəticə hesab edərdim. Sabah isə, əlavə iki qızıl medaldan başqa heç nə gözləmirəm! Keçən il medallar sıralamasında Fransadan sonra ikinci yeri təmin etdik".

Müəllifin fikrincə, Azərbaycanın yeniyetmələrdən ibarət yığması bu dəfə Avropa çempionatında ciddi irəliləyiş nümayiş etdirib və bu templə onların yarışda yüksək pilləni təmin etmək ehtimalı yüksəkdir.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

09:00

MPL: "Zirə" "Səbail"ə, "Turan Tovuz" "Neftçi"yə qarşı - YENİLƏNİR

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

16:55

"Trentin gedişinə görə məyusam" - Arne Slot

16:37

Rəşad Sadıqov 6 futbolçusunu autsayderə qarşı oynada bilməyəcək

16:19

"Finalda qalib gəlmək üçün..." - MY-nin mərkəz müdafiəçisi

16:01

Alonso "Bayer"i "Real"a dəyişəcəyini təsdiqlədi

15:43

"O, indiyədək gördüyüm ən yaxşı lider, ən yaxşı müdafiəçidir" - Devid Bekhem

15:24

"İlk qolun bizi həyəcanlandırmadığını desəm, yalan olar" - Rasmus Höylund

15:06

İngiltərədə mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

14:47

"Mən artıq finala görə həyəcanlıyam" - Ruben Amorim

14:28

"Son 10 dəqiqə bizim üçün çox pis keçdi" - "Atletik"in baş məşqçisi

Facebookdan bizi izləməyi unutmayın.
X