Şimali Makedoniya doğumlu alban yarımmüdafiəçi İsnik Alimi "Qəbələ"də qalıb-qalmayacağı ilə bağlı yekun qərarını verib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, orta xətt oyunçusu son mövsümdə Azərbaycan Kubokunun qalibi olan və Premyer Liqanı 4-cü yerdə tamamlayan "qırmızı-qaralar"la vidalaşıb.
O, bölgə təmsilçisinin rəsmiləri ilə əlaqə saxlayaraq karyerasını başqa klubda davam etdirəcəyini və bunun Azərbaycan təmsilçisi olmadığını deyib. Alimi klubun adını çəkməsə də, 200 min dollarlıq müqaviləyə imza atdığını, Balkan ölkələrindən birini təmsil edən yeni klubunun Konfrans Liqasında mübarizə aparacağını açıqlayıb.
Qeyd edək ki, 29 yaşlı Alimi son mövsümdə "Qəbələ" forması ilə 34 çempionat matçına çıxaraq 9 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. Ölkə kubokunda 5 görüş keçirərək 3 qol və 1 assitenliklə diqqət mətkəzinə düşən İsnik finalda "Neftçi"nin qapısına penaltidən yol taparaq komandasına qələbə qazandırıb.
Nihat