"Çelsi"nin kapitanı Sezar Aspilikueta karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə "TalkSport" informasiya yayıb.
Mənbənin məlumatına görə, londonluların kapitanı "İnter"ə keçəcək.
Azpilikuetanın "Çelsi" ilə müqaviləsinin müddəti gələn ilin yayında bitir, lakin "mavilər" futbolçunun klubdakı xidmətlərini nəzərə alıb və onunla anlaşmanı ləğv etməyə razılaşıb.
Başqa sözlə, Azpilikuetaya "İnter"ə pulsuz başa gələcək. Futbolçunun artıq milanlılarla 2025-ci ilə qədər nəzərdə tutulan müqavilənin şərtlərini razılaşdırdığı bildirilir.
Azpilikueta "Stamford Bridge"də 12 mövsüm keçirib. O, 2012-ci ildə "Olimpik Marsel"dən köçdüyü vaxtdan bəri İngiltərə klubunda 508 oyuna çıxıb və 17 qol vurub.
Bu müddət ərzində 33 yaşlı ispaniyalı “Çelsi” ilə iki Premyer Liqa, bir Çempionlar Liqası, iki Avropa Liqası, bir Avropa Superkuboku və bir Klublararası Dünya Çempionatının qalibi olub.
Mirağa