"Real Madrid"in yarımmüdafiəçisi Toni Kroos klubu ilə ilə müqavilə yeniləməsindən danışıb.
Fanat.Az xəbər verir ki, "ua.tribuna.com" alman futbolçunun dediklərini belə çatdırıb:
"Mənə "nə istəyirsənsə, onu da et" deyən arvadıma balaca bir təşəkkür düşür. Bu, məni təəccübləndirdi. Öz-özümə düşündüm ki, məgər o mənim evdə daha çox olmağımı istəmir?"
"Real" rəsmi saytı vasitəsi ilə Kroosla anlaşmanın müddətini daha 1 mövsümlük uzatdığını bəyan edib.
Qeyd edək ki, Toni İspaniya nəhənginə 2014-cü ildə "Bayern Münhen"dən transfer olunub. "Kral klubu"nda 9 mövsüm keçirən orta xətt oyunçusu ümumilikdə 417 matça çıxaraq 20 titul qazanıb.
Nihat