PSJ Kilian Mbappenin 2024-cü ildə başa çatacaq müqaviləsini yeniləməməsindən narahatdır.
Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı jurnalist Dani Hil şəsxi "Twitter" hesabı üzərindən yayıb.
Məlumata görə, rəhbərlik ulduz hücumçu ilə əlaqə saxlayaraq ondan yaxın 3 həftə ərzində anlaşmanın müddətinin uzadılması barədə fikrini qətiləşdirməsini istəyib. Mənbə Fransa nəhənginin gələn yay Kilianın "Real Madrid"ə azad agent qismində qoşula biləcəyindən ehtiyatlandığını və bu üzdən işini ehtiyatlı tutmağa çalışdığını vurğulayıb. Yazılanlara inansaq, Mbappe müqavilə yeniləməyə razılaşmayacağı təqdirdə, məhz bu yay satılacaq.
Daha öncə PSJ-nin gələcək baş məşqçisi Luin Enrikenin Kilianın satılmasının əleyhinə olmadığı barədə məlumat yayılmışdı.
Nihat