"Fənərbağça"nın gənc futbolçusu Arda Güler karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçisi "Milan" diqqətini cəlb edib.
Məlumatı "Sports Digitale" nəşrindən Yağız Sabuncuoğlu yayıb. Onun sözlərinə görə, A Seriyası təmsilçisi Arda ilə danışıqlar aparmaq üçün "Fənərbağça"dan icazə istəyib.
"Milan" yarımmüdafiəçisi Sandro Tonalini İngiltərə nəhəngi "Nyukasl"a təxminən 70 milyon avroya sataraq ciddi maliyyə gəliri əldə edib. İtaliya klubu əldə etdiyi gəlir ilə Güleri heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Arda 2019-2021-ci illərdə "Fənərbağça"nın əvəzedici, 2021-ci ildən isə əsas komandasına cəlb olunub. 32 oyunda meydana çıxan futbolçu 7 qola imza atıb. Güler ötən ildən ölkənin əsas milli komandasına da dəvət alır. O, Türkiyənin Uelə 2:0 hesabı ilə qalib gəldiyi AVRO-2024-ün seçmə mərhələsi matçında fərqlənərək "ay-ulduzlu" forma ilə rəsmi matçlarda qol vuran ən gənc futbolçu olub.
Röya