İtaliya A Seriyasını ikinci sırada tamamlayaraq Çempionlar Liqasında oynamaq şansı qazanan "Latsio" heyətini gücləndirməyə çalışır.
Fanat.Az xəbər verir ki, Roma təmsilçisi "Qalatasaray"da çıxış edən Lukas Torreyraya elçi düşüb.
Klubun baş məşqçisi Mauritsio Sarri 27 yaşlı yarımmüdafiəçini şəxsən özü bəyənib.
Qeyd edək ki, Uruqvay millisinin üzvü daha öncə də A Seriyasında oynayıb. Belə ki, Lukas 2022-ci ildə "Qalatasaray"a "Fiorentina"dan transfer olunub. O, İstanbul klubunun heyətində 27 oyunda meydana çıxıb və son mövsümü qızıl meydallarla başa vurub.
Röya