Şimali Makedoniya doğumlu alban yarımmüdafiəçi İsnik Alimini heyətdə saxlaya bilmədiyi dəqiqləşən "Qəbələ" müqavilələrinin müddəti iyunun 30-da başa çatacaq daha iki legionerini itirmək üzrədir.
Fanat.Az-ın əldə etdiyi son məlumata görə, bunlar braziliyalı futbolçular - Ruan Renato və Rafael Utziqdir.
"Qırmızı-qaralar"ın müdafiə xəttinin lideri kimi tanınan Renato 2 gün öncə klubla əlaqə saxlayaraq onun üçün hazırlanan anlaşmaya qol çəkə bilməyəcəyini, başqa klubla anlaşmaq variantının olduğunu deyib. Hücumçu Rafael Utziq isə mövsüm başa çatandan bəri "Qəbələ" rəsmiləri ilə vəziyyəti müzakirə etməyib.
Bir ençə gün öncə Alimi "Qəbələ" ilə əlaqə saxlayaraq Balkan ölkələrindən birini təmsil edən klubla illik 200 min dollar maaş qarşılığında müqavilə bağladığını və həmin komandanın Konfrans Liqasında mübarizə aparacağını bildirib.
Qeyd edək ki, həm Renatonun, həm də Utziqin "Zirə"yə keçmək variantı var.
Nihat