"Barselona" heyətini gücləndirmək yolunda axtarışlarını davam etdirir.
Fanat.Az xəbər verir ki, Kataloniya klubu "Mançester Siti"dən İlkay Gündoğanı transfer etməkdə maraqlıdır. Lakin almaniyalı yarımmüdafiəçinin gələcəyi sual altındadır.
"Mundo Deportivo"un məlumatına görə, Gündoğanın keçidi baş tutmasa, La Liqa təmsilçisi "İnter"dən Marselo Brozoviçi almağa çalışacaq.
Qeyd edək ki, Xorvatiya millisinin 30 yaşlı üzvü 2015-ci ildən "İnter"də çıxış edir. Marselo 263 oyunda forma geyinib və 25 qola imza atıb. Onun klubu ilə sözləşməsinin müddəti 2026-ci ilə qədər nəzərdə tutulub. Brozoviç Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun da diqqətindədir.
Xatırladaq ki, İlkay Gündoğan 2016-cı ilin yayından “Mançester Siti”də oynayır. 32 yaşlı futbolçunun “şəhərlilər”lə müqaviləsinin müddəti iyunun sonunda başa çatır. Gündoğan bu mövsüm Premyer Liqada 30 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
Röya