Yeni hücumçu axtarışında olan və ötən mövsümü icarə əsasında "İnter"də keçirmiş Romelu Lukaku üçün "Çelsi" ilə əlaqə saxladığı iddia edilən "Milan" digər variantları da nəzərdən keçirir.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış jurnalist Canluici Di Martsionun saytı yayıb.
Xəbərə görə, "rossonerlər" "Atletiko Madrid"dən Alvaro Moratanı, "Vest Hem"dən isə Canluici Skamakkanı diqqətdə saxlayır. Həmçinin yarımmüdafiə xəttini də gücləndirmək istəyən "qırmızı-qaralar"ın idarəçilərinin "Sassuolo"dan Davide Frattezini, "Udineze"dən isə Lazar Samarciçi uyğun variantlar saydıqları vurğulanıb. Milan təmsilçisinin Udine klubunun rəsmiləri ilə danışıqlara başladığı da diqqətə çatdırılıb.
Nihat