"Hörümçək adam" obrazı ilə tanınan amerikalı aktyor Tom Holland “Tottenhem”in hücumçuları Harri Keyn və Son Hın-Minə səslənib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, o, təcrübəli forvardlara “Real Madrid”ə keçməyi tövsiyə edib.
"Keyn "Real Madrid"ə gedir. Dünyanın ən yaxşı oyunçusu olmaq üçün ora gedin, siz buna layiqsiniz. Mən Sona da ora getməyi məsləhət görürəm. Birlikdə gedin və Çempionlar Liqasını qazanın”.
Keyn İngiltərə Premyer Liqasının son mövsümündə 38 görüşdə 30 qol vuraraq ikinci bombardir olub. Sona gəlincə, koreyalı 36 görüşdə 10 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mirağa