Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov Bolqarıstanın "Arda" klubunda debüt edib.
Fanat.Az xəbər verir ki, 20 yaşlı müdafiəçi "Maritsa"ya qarşı yoldaşlıq matçında meydana çıxıb.
Qarşılaşma "Arda"nın 3:1 hesablı qələbəsi ilə bitib. Hüseynov görüşə start heyətdə başlayıb.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə bu ayın əvvəlində 3 illik müqavilə imzalayıb.