"Barselona"nın hücumçusu Robert Levandovskinin həyat yoldaşı Anna özünü qarışıq döyüş sənəti üzrə döyüşçü kimi sınamaq təklifi aldığını bildirib.
Fanat.Az xəbər verir ki, bu barədə o, "Sport.fakt.pl"-ya danışıb:
“Bu, bir qədər gülməli idi. Polşanın MMA promosyon KSW meneceri Martin Levandovski ilə görüşüb çay içirdik. O, mənə bunun iki illik hazırlıq olduğunu söylədi və mən dedim: “Bilirsən, ərimlə danışmalıyam, çünki biz körpə sevincini dadmağa hazırlaşırıq. Bir saat sonra artıq mediada məlumat yayıldı. Robert bunu mətbuatdan öyrəndi və nə düşündüyümü soruşdu. Robertə dedim ki, əgər mən onun arvadı olmasaydım, yəqin ki, belə bir tədbirdə iştirak edərdim".
Qeyd edək ki, Levandovski bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 33 qol vurub və 8 məhsuldar ötürmə edib.
Mirağa